Gürcüstan Baş naziri: Zurabişvilinin ikinci dəfə prezident olmaq şansı yoxdur
Salome Zurabişvilinin yenidən Gürcüstan prezidenti seçilmək şansı yoxdur.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib.
“Reytinqlərə görə, bizim “Gürcü Arzusu” partiyasını seçicilərin təxminən 60 %-i dəstəkləyir, bütün müxalifət isə oktyabrda keçiriləcək parlament seçkilərində təxminən 20 % səs toplayır. Bu şərtlər altında Zurabişvilinin ikinci dəfə prezident olmaq şansı yoxdur”, - o deyib.
Onun sözlərinə görə, hazırkı prezident dövlət başçısı vəzifəsinə seçilərkən əhalinin etimadını qazanmasa da, ilk dəfə hakim partiyanın dəstəyi ilə seçilib.
“Bu gün isə o, radikal müxalifət düşərgəsinə keçərək onu seçmiş insanlara qarşı çıxır”, - Kobaxidze qeyd edib.
Xatırladaq ki, daha əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvilinin ölkənin Avropaya inteqrasiyasını təşviq etmək üçün ikinci müddətə namizədliyini irəli sürməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri 2024-cü ilin noyabr-dekabr aylarında keçirilməlidir.
Oxşar xəbərlər
Baş nazir: Salome Zurabişvili faktiki olaraq Gürcüstanın Prezidenti deyil
İrakli Kobaxidze: Gürcüstan “ikinci cəbhə” açmayaraq sülhü qorudu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
-
DÇ-2026: İspaniya və Belçika milliləri növbəti oyunlarına çıxacaqlar
