İrakli Kobaxidze: Gürcüstan “ikinci cəbhə” açmayaraq sülhü qorudu
“Gürcüstan ən ağır təzyiqlərə boyun əyməyərək Rusiyaya qarşı “ikinci cəbhə” açmayaraq sülhü qorudu”.
“Sizinxeber.az” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze seçkiqabağı mitinqdə çıxışı zamanı deyib.
“Biz ən ağır koordinasiyalı təzyiqlərə boyun əymədik, ikinci cəbhə açmadıq, ölkəyə iqtisadi fəlakət və müharibə gətirəcək sanksiyalara qoşulmadıq. Böyük risk bahasına biz ölkə üçün sülhü qoruduq”, Kobaxidze bildirib.
Qeyd edək ki, 25 fevral 2022-ci ildə Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmadığını bəyan edərək, bunu milli maraqlarla izah edib. Bu, Tbilisi ilə Kiyev arasında münasibətlərdə gərginliyə səbəb olub.
2022-ci ilin martında Ukrayna prezidenti Vladimir Zelenski Tbilisidəki səfir İqor Dolqovu geri çağırıb.
Oxşar xəbərlər
Gürcüstanın baş naziri: “Tbilisi “ikinci cəbhə” açmamaqla sülhü qoruyub”
Kobaxidze: Ukrayna hökuməti Gürcüstan səfirinin ölkədən çıxarılması qərarına yenidən baxmalıdır
Kobaxidze: Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq Gürcüstan üçün vacib deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
