Türkiyənin müdafiə naziri Gürcüstanda səfərdədir
Türkiyənin milli müdafiə naziri Yaşar Güler Gürcüstanda səfərdədir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.
“Nazirlər Kabinetinin iclasından sonra Türkiyə – Azərbaycan – Gürcüstan Üçtərəfli müdafiə nazirləri toplantısında iştirak etmək üçün Gürcüstana gedən nazir Yaşar Güleri Gürcüstan müdafiə nazirinin müavini Paata Patiaşvili, Tbilisidəki səfirimiz Ali Kaan Orbay və digər rəsmi şəxslər qarşılayıblar”, – mətbuat xidməti diqqətə çatdırıb.
Xatırladaq ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Batumi şəhərində keçiriləcək Azərbaycan – Gürcüstan – Türkiyə müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstanda səfərdədir.
Oxşar xəbərlər
Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirləri Batumidə görüşəcək
Yaşar Gülər türkmənistanlı həmkarı ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
