Daşkənddə MDB ölkələrinin antiterror təlimləri keçiriləcək
Özbəkistanın paytaxtı Daşkənddə sentyabrın 4-5-də MDB ölkələrinin antiterror təlimləri keçiriləcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Özbəkistanın Milli İnformasiya Agentliyi (UzA) məlumat yayıb.
Təlimlərin məqsədi mühüm infrastruktur obyektlərində və insanların sıx toplaşdığı yerlərdə terror aktlarının müəyyən edilməsi və qarşısının alınması üzrə birgə tədbirlərin həyata keçirilməsi zamanı səlahiyyətli orqanların fəaliyyətinin təkmilləşdirilməsidir.
Daşkənddə sentyabrın 4-5-də Şanxay Əməkdaşlıq Təşkilatının Regional Antiterror Strukturunun elmi-praktik konfransı və MDB-nin terrorizm və ekstremizmə qarşı mübarizə üzrə konfransı keçiriləcək. Konfrans iştirakçıları qabaqcıl təcrübə mübadiləsi aparacaq, beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi üzrə tədbirlərin hazırlanmasını, yeni çağırışlar və təhlükəsizlik təhdidləri ilə bağlı vahid anlaşma və yanaşmaların formalaşdırılmasını müzakirə edəcəklər.
Oxşar xəbərlər
MDB ölkələrinin DİN başçıları terrorizmlə mübarizəni müzakirə edib
İlham Əliyev: "Antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu"
Bu il Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu konfransı keçiriləcək
Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edəcək
Gələn il Bakıda dünya metropolitenlərinin ilk beynəlxalq konfransı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin










