Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edəcək
sizinxeber.az xəbər saytı

Azərbaycan Özbəkistanla ticarət dövriyyəsinin artırılmasını müzakirə edəcək


Avqustun 22-23-də Daşkənddə Azərbaycan-Özbəkistan Biznes Forumu və “Made in Azerbaijan” sərgisi keçiriləcək.

“Report” bu barədə Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyi yanında Xarici İnvestisiyaların Cəlb edilməsi Agentliyinə (UzIPA) istinadən xəbər verir.

“Bu forum iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə, əməkdaşlığın inkişafına, investisiyaların cəlb edilməsinə və birgə layihələrin həyata keçirilməsinə kömək edəcək”, - məlumatda qeyd edilib.

Agentlik forumun ticarət dövriyyəsinin artırılması, təcrübə mübadiləsi və biznes nümayəndələri arasında tərəfdaşlıq əlaqələrinin qurulması yollarını müzakirə etmək üçün platforma olacağını gözləyir.

Oxşar xəbərlər

Özbəkistan və Türkiyə 10 milyard dollarlıq yeni investisiya layihələri formalaşdırıb
Baş nazir Əli Əsədov Serbiyanın mədəniyyət naziri ilə görüşüb
Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşları açıqlanıb
Azərbaycan və Latviya arasında investisiyaların həcmi açıqlanıb
Azərbaycan və Ukrayna əlaqələrinin inkişafına yönəlmiş ikitərəfli layihələr müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər