MDB ölkələrinin DİN başçıları terrorizmlə mübarizəni müzakirə edib
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Daxili İşlər Nazirləri Şurasının iclasında ekstremizmə və terrorizmə qarşı mübarizə məsələsi müzakirə edilib və müvafiq qərar qəbul olunub.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Belarusun daxili işlər naziri İvan Kubrakov görüşün yekunu üzrə jurnalistlərə açıqlamasında bildirib.
“Uzun müddətdir müzakirə olunan, həlli yolları işlənib hazırlanan məsələ ekstremizm və terrorizmlə mübarizədir. Vəzifəmiz profilaktik tədbirləri görməyə, insanların ölümünün və cinayətlərin qarşısının alınmasına imkan verəcək tədbirləri və həll yollarını işləyib hazırlamaqdır”, - o deyib.
Kubrakovun sözlərinə görə, Şuranın iclasında ümumilikdə 13 məsələyə, o cümlədən kibercinayətkarlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı məsələlərə baxılıb. “Bu gün qəbul olunan qərarlar dərhal əlavə tədbirlərin görülməsini tələb edir”, - Belarus DİN başçısı vurğulayıb.
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın daxili işlər nazirləri, MDB-nin Antiterror Mərkəzinin, İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
Oxşar xəbərlər
G7-nin XİN başçıları İrana qarşı yeni sanksiyaları müzakirə edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
DSX-dən əməliyyat: axtarışda olan 404 nəfər saxlanıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ararat Mirzoyan MDB XİN Şurasının iclasında iştirak etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB XİN Şurasının iclası aprelin 12-də keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Ukrayna ilə korrupsiyaya qarşı mübarizəni müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












