Mehmet Yüce: "Zəngəzur alternativ enerji ixracı baxımından Türk dünyası üçün ortaq layihədir"
Zəngəzur bölgəsi alternativ enerjinin Qərbə ixracı baxımından ən strateji məkanlardan biridir və bu, təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq layihəsidir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyənin Uludağ Universitetinin müəllimi, Ətraf Mühit Agentliyinin sədr müavini Mehmet Yüce Bakıda keçirilən “Ortaq Gələcək: Sosial-İqtisadi İnnovasiyalar” mövzusunda Beynəlxalq Türk Dünyası İqtisadi Konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizi üzərində qurulan layihələr texnoloji baxımdan balanslıdır və bölgədə ortaq sərmayə və əməkdaşlıq istiqamətində artıq konkret addımlar atılır:
“Bu layihələr enerji, logistika və Türk dövlətləri arasında birliyin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Artıq bütün Türk dövlətləri bu reallığın fərqindədir”.
M. Yüce çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü də ifadə edib: “Uzun illər xəyal etdiyimiz bir reallıq bu gün gerçəkləşir. ‘Türk dünyası bizim ailəmizdir’ ifadəsi sadə bir cümlə deyil. Bu anlayışın arxasında dərin mənalar dayanır və bu, akademik səviyyədə də dərindən müzakirə olunmalıdır”.
Oxşar xəbərlər
Səfir: TDT təkcə regional bir təşkilat deyil, strateji bir mövqenin, ortaq gələcəyin mərkəzidir
Közhan Yazğan: "TÜDİFAK Azərbaycanın peşəkar kadr potensialının formalaşmasında mühüm rol oynayır"
Türkiyə Ali Təhsil Şurasının sədri: Ortaq universitet bütün türk dünyası üçün nümunə ola bilər
Aygün Əliyeva: Yaxın gələcəkdə reallaşacağına inandığımız Zəngəzur dəhlizi türk dünyasının körpüsüdür
Türk dövlətlərinin ortaq brendləri yaradılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












