Vladimir Denisov: "Bakı və Şımkent arasında əməkdaşlığın çox böyük perspektivlər var"
sizinxeber.az xəbər saytı

Vladimir Denisov: "Bakı və Şımkent arasında əməkdaşlığın çox böyük perspektivlər var"


Bakı və Şımkent arasındakı sıx birgə əməkdaşlıq çox böyük perspektivlərə malikdir.

"Sizinxeber.az"un Şımkentə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Şımkent Beynəlxalq Terminalı" MMC-nin direktoru Vladimir Denisov bildirib.

Onun sözlərinə görə, bu gün Şımkent şəhəri, Şımkent aeroportu həm Cənub-Şərqi Asiyaya, həm Rusiya regionlarına, həm də Yaxın Şərq ölkələrinə yeni qapılar açır: "Şımkent ilə Bakı arasındakı bu körpü - Şımkent aeroportunun sərnişin terminalı ilə Heydər Əliyev adına aeroport arasındakı körpü - iki dövlətin fəaliyyətində və əməkdaşlığında çox mühüm bir halqadır. Mən qeyd etmək istərdim ki, məhz belə sıx əməkdaşlıq yalnız dostluq və tərəfdaşlıq münasibətlərində uzunmüddətli təcrübəsi olan strukturlar arasında formalaşır. İki böyük şəhərimiz arasındakı sıx birgə əməkdaşlıq sadəcə bərpa olunmayacaq, həm də çox böyük gələcək perspektivlərə sahib olacaq. Hər iki strukturumuzun fəaliyyətində turizm istiqaməti də az əhəmiyyətli rol oynamır. Ona görə də bu gün burada vilayətimizin, şəhərimizin turizm nümayəndələri iştirak edir. Həmçinin sizin tərəfinizdən də bu istiqamətdə çoxlu irəliləyişlər var, odur ki, biz turizm fəaliyyətinin burada geniş şəkildə yayılacağına ümid edirik".

Oxşar xəbərlər

AZAL: Bakı-Şımkent reysi ticarət-iqtisadi və humanitar əlaqələri gücləndirəcək
Cəmil Manizadə: "Bakı-Şımkent aviareysi dostluq və əməkdaşlıq rəmzi olacaq"
AZAL: Bakı-Şımkent reysi Azərbaycan və Qazaxıstan arasında dostluğun daha bir simvolu olacaq
AZAL Şımkent istiqamətində ilk uçuşunu həyata keçirib
AZAL Bakıdan Şımkentə reys açır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər