Gürcüstan və Türkiyə XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
Gürcüstan və Türkiyə strateji əməkdaşlıq və regional sabitlik məsələlərini müzakirə ediblər
Gürcüstan Xarici İşlər naziri Maka Boçorişvili Türkiyənin xarici işlər nazirinin müavini, səfir Beris Ekinci ilə görüş keçirib.
“Sizinxeber.az”un yerli bürosunun məlumatına görə, görüş Gürcüstan və Türkiyə XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu çərçivəsində baş tutub.
Görüş zamanı tərəflər arasında xüsusi dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib. Bildirilib ki, ölkələr arasında yüksək səviyyəli səfərlərin artması və bu ilin iyulunda Tbilisidə keçiriləcək Hökumətlərarası Birgə İqtisadi Komissiyanın sessiyası əməkdaşlığın möhkəmlənməsinə təkan verəcək.
Tərəflər xüsusilə Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli formatında əməkdaşlığın əhəmiyyətinə toxunublar. Qeyd olunub ki, bu format çərçivəsində həyata keçirilən strateji layihələr, o cümlədən “Orta Dəhliz” təşəbbüsü, regionun iqtisadi və nəqliyyat potensialının tam reallaşdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Müzakirə zamanı regionda təhlükəsizlik mühiti və regionun davamlı və sabit inkişafı üçün Gürcüstan və Türkiyə arasında əməkdaşlığın əhəmiyyətinə toxunulub. Gürcüstan tərəfi Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb və nazir bu prosesə töhfə verməyə hazır olduğunu bildirib.
Oxşar xəbərlər
Tbilisidə Gürcüstan xarici işlər nazirinin Azərbaycana səfər planının təfərrüatları müzakirə olunub
Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş başa çatıb - YENİLƏNİB-2
Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Maka Boçorişvili: Cənubi Qafqaz strateji əhəmiyyətə malik bir regiondur
Gürcüstan və Ermənistan prezidentləri regional məsələləri müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













