Ceyhun Bayramov Hakan Fidanı Azərbaycan – Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı məlumatlandırıb
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov Hakan Fidanı Azərbaycan – Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı məlumatlandırıb


Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

Bu barədə “Sizinxeber.az”a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan – Türkiyə müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, iqtisadi, nəqliyyat-kommunikasiyalar aspektləri, habelə regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı (TDT), BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalar çərçivəsində birgə fəaliyyət və dəstəyin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Tərəflər, eyni zamanda Yaxın Şərqdə, xüsusilə Qəzza bölgəsi və Suriyada mövcud vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov həmçinin həmkarını hazırkı regional vəziyyət, Azərbaycan – Ermənistan sülh prosesinin cari vəziyyəti ilə bağlı ətraflı məlumatlandırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Oxşar xəbərlər

Ceyhun Bayramov Türkiyənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan: Türkiyə qardaş Azərbaycanla hər zaman həmrəydir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov və Hakan Fidan Şuşa Bəyannaməsinin praktiki nəticələr verdiyini qeyd ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Latviyanın XİN başçıları hökumətlərarası komissiyanın iclasına hazırlığı nəzərdən keçiriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Bavariyanın dövlət naziri ilə regional əməkdaşlığın perspektivlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər