Zakir Nuriyev: "Dövlət fondları üzrə kreditləşmə 1,2 milyard manata çatıb"
Dövlət fondları üzrə kreditləşmə 1,2 milyard manata çatıb.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu yaxınlarda təsdiq etdiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üzrə Dövlət Proqramı" çərçivəsində maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilib: "Bu istiqamətdə aqrar kredit kooperativlərinin yaradılması və dəstəklənməsi, aqrar sığorta sisteminin gücləndirilməsi, subsidiya, zəmanət və güzəştli kredit mexanizmlərinin genişləndirilməsi nəzərdə tutulur. Bu kontekstdə dövlət fondları tərəfindən verilən kreditlərin dinamikası da diqqət çəkir. Ötən hesabat dövründə dövlət fondları tərəfindən bütün istiqamətlər üzrə təqdim olunan kreditlərin həcmi 1,2 milyard manata çatıb".
O qeyd edib ki, bank sektorunun ümumi göstəricilərinə gəldikdə isə, depozit portfelində artım tendensiyası davam edir: "Ümumilikdə depozit portfeli 37,8 milyard manatı ötüb, illik müqayisədə 2,8 % artım qeydə alınıb. Eyni zamanda, fiziki şəxslərin depozitləri daha yüksək templə – 18,7% artaraq 17,3 milyard manata çatıb. Bu göstərici əhalinin bank sisteminə etibarının qorunduğunu və bankların resurs bazasının daha da gücləndiyini göstərir. Müsbət tendensiyalardan biri də dollarlaşma səviyyəsinin azalmasıdır. Depozit portfelində dollarlaşma səviyyəsi 35,7%-ə, əmanətlər üzrə isə 30,2%-ə enib. Bu da həm milli valyutaya, həm də bank sektoruna inamın artdığını nümayiş etdirir".
Z. Nuriyev bildirib ki, bankların kapital göstəriciləri də dayanıqlığın mühüm indikatoru olaraq qalır: "Kapitalın 7,7 milyard manata çatması və 9,7 % artım nümayiş etdirməsi bank sektorunun kapital bazasının və maliyyə dayanıqlığının daha da gücləndiyini göstərir".
Oxşar xəbərlər
Zakir Nuriyev: "Banklar "yaşıl kredit" və digər iqlim maliyyə alətləri təqdim etməlidir"
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
ABA: "Rəqəmsal transformasiya Türk dövlətlərinin maliyyə inteqrasiyasını gücləndirir"
Aqrar sahədə kredit faizlərinin subsidiyalaşdırılması ilə bağlı banklara məlumat veriləcək
Azərbaycanda aqrar sahədə ixracın 2 milyard dollara çatdırılması hədəflənir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan lisey və gimnaziyalara qəbul başlayır
-
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
-
Netanyahu və Tramp Yaxın Şərqdə münaqişənin gərginləşməsini müzakirə ediblər
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
Əjdər Cəfərov: "Beynəlxalq yarışlarda daha çox yerli badmintonçu ilə təmsil olunmaq niyyətdəyik"
-
Sabah Şəkinin iki kəndində qaz kəsiləcək
