Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin əməkdaşları ilə birgə keçirdikləri növbəti tədbir zamanı qanunsuz balıq ovu ilə məşğul olan daha bir şəxsi aşkar ediblər.
"Sizinxeber.az" xəbər verir ki, araşdırmalarla müəyyən olunub ki, Bakı şəhər sakini, 57 yaşlı N.Əliyev Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində, Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olub.
Yoxlama zamanı ondan 2 ədəd tilovlu qarmaq, balıq tutmaq üçün sintetik tor, "Yamaha-25" markalı mühərriklə təchiz edilmiş qayıq, həmçinin ümumi çəkisi 31 kiloqram olan 35 ədəd kütüm balığı aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Su polisi qanunsuz balıq ovlayan şəxsi saxlayıb
Lənkəranda adı “Qırmızı kitab”da olan balıqları qanunsuz ovlayan şəxs saxlanılıb
Kür çayında cərəyanla qanunsuz balıq ovlayan 3 nəfər saxlanılıb
Azərbaycanda balıq ovu qadağan edildi
Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul şübhəli bilinən şəxs müəyyən olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
-
2026 Dünya Kuboku ABŞ iqtisadiyyatına 17 milyard dollar gəlir gətirə bilər
-
Qalibaf İsrailin Livana hücumları fonunda ABŞ-ni tənqid edib
