Hakan Fidan Dohada HƏMAS üzvü ilə görüşüb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərə səfər çərçivəsində HƏMAS-ın Siyasi Bürosunun üzvü Xəlil Əl Hayya ilə görüşüb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Türkiyənin XİN rəhbəri Xəlil Əl Hayyaya İsrailin hücumları nəticəsində oğlunun ölümü ilə bağlı başsağlığı verib.
7 may 2026-cı il tarixində yayılan məlumatlara görə, HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Həyyanın oğlu Əzzam əl-Həyya İsrailin Qəzza şəhərinə endirdiyi zərbə nəticəsində öldürülüb. "Əzzamın ölümü ilə Xəlil əl-Həyyanın İsrail hücumlarında öldürülən uşaqlarının sayı dördə çatıb", - məlumatda bildirilir.
Türkiyənin XİN rəhbəri Dohaya səfər çərçivəsində Qətərin Baş nazirinin müavini və müdafiə işlərindən məsul nazir Şeyx Səud bin Əbdürrəhman bin Həsən Al Tani ilə də görüşüb. Söhbət zamanı Yaxın Şərqdəki vəziyyət və regional məsələlər müzakirə olunub.
Bakanımız @HakanFidan, Katar Başbakan Yardımcısı ve Savunma İşlerinden Sorumlu Devlet Bakanı Şeyh Suud bin Abdurrahman bin Hasan Al Sani ile Doha’da biraraya geldi. pic.twitter.com/DM9UayJO0G
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) May 11, 2026
Oxşar xəbərlər
Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb
Qətərin Baş naziri “HƏMAS” nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə edib
Hakan Fidan Aİ-nin ali nümayəndəsi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
