İranda SEPAH-ın xüsusi əməliyyatları zamanı 240-a yaxın şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

İranda SEPAH-ın xüsusi əməliyyatları zamanı 240-a yaxın şəxs saxlanılıb


İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin iki əyalətində - Kürdüstan və Kirmanşahda keçirilən əməliyyatlar zamanı 240-a yaxın şəxsin saxlanıldığını bildirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Al Jazeera" İran mediasına istinadən məlumat yayıb.

Bildirilib ki, Şərqi Kürdüstanda 11 nəfər saxlanılıb. Əməliyyatlar zamanı onlarda silah və sursat aşkarlanıb. Digər reydlər nəticəsində isə 70-ə yaxın şəxs saxlanılıb.

Kirmanşah əyalətində SEPAH-ın "əks-inqilabçı qruplarının" üzvləri adlandırdığı 155 nəfər saxlanılıb. İddiaya görə, onların arasında İsrailin "Mossad" kəşfiyyatının xeyrinə casusluqda şübhəli bilinən 4 nəfər var.

Bundan əlavə, Tehran polisi düşmən qurumlara raket zərbələrinin endiriləcəyi yerlər barədə məlumatları toplamaqda və ötürməkdə şübhəli bilinən 1 nəfərin saxlanıldığını bildirib.

Oxşar xəbərlər

İranda "Mossad"a casusluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
SEPAH: Kirmanda casusluq edən 51 nəfər saxlanılıb
İranda İsrailin xeyrinə casusluqda şübhəli bilinən 20 nəfəri saxlanılıb
SEPAH: İsrailin yüksəkvəzifəli zabiti öldürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər