İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb


İran hakimiyyəti Həmədan, Loristan və Kirman əyalətlərində İsrail və ABŞ xüsusi xidmət orqanlarına məlumat ötürməkdə şübhəli bilinən 30 nəfərin saxlanıldığını bəyan edib.

"Report" xəbər verir ki, bu barədə İran KİV-i ölkənin Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, saxlanılanlardan 24-ü ABŞ və İsrail tərəfinə Həmədan əyalətindəki hərbi, hüquq-mühafizə və güc strukturları obyektlərinin koordinatlarını, habelə mühafizəçilərin və hərbi texnikanın yerləşdiyi yeri ötürüblər.

Loristan əyalətində 4 nəfər məlumat toplayıb, daha 2 nəfər isə Kirman əyalətində silah keçirməyə cəhd edib.

Oxşar xəbərlər

İranda "Mossad"a casusluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
İranda İsrailə casusluqda şübhəli bilinən 12 nəfər həbs edilib
İranda 20 nəfər saxlanıldı: İsrailə casusluq...
Həmədanda "Mossad" ilə əlaqələrdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər