İranda İsrailin xeyrinə casusluqda şübhəli bilinən 20 nəfəri saxlanılıb
İranda son aylarda İsrailin kəşfiyyat agentliyi “Mossad”a işləməkdə ittiham olunan 20 nəfər saxlanılıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə məhkəmə hakimiyyətinin nümayəndəsi Əsgər Cahangiri jurnalistlərə bildirib.
“Məhkəmə sistemi İran rejiminin casuslarına və agentlərinə qarşı rəhmli olmayacaq”, - İran mediası onun sözlərindən sitat gətirir.
Ə.Cahangiri qeyd edib ki, saxlanılan 20 nəfərdən bəzilərinə qarşı ittihamlar götürülüb və onlar buraxılıb. Amma o, dəqiq say göstərməyib.
Cahangiri onu da əlavə edib ki, istintaq başa çatdıqdan sonra tam məlumat ictimaiyyətə açıqlanacaq.
Bu il İsrailin xeyrinə casusluqda təqsirli bilinən iranlıların edamlarının sayı kəskin artıb, son aylarda azı 8 ölüm hökmü icra edilib.
Oxşar xəbərlər
İranda İsrailə casusluqda təqsirli bilinən şəxs edam olunub
İranda İsrailə casusluqda şübhəli bilinən əcnəbi həbs edilib
İranda İsrailə casusluqda ittiham olunan şəxs edam edilib
İranda İsrailə casusluqda şübhəli bilinən 12 nəfər həbs edilib
İran İsrailə casusluqda ittiham olunan şəxsi edam edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












