Türkiyə XİN ABŞ ilə İran arasında əldə olunmuş atəşkəsi alqışlayıb
sizinxeber.az xəbər saytı

Türkiyə XİN ABŞ ilə İran arasında əldə olunmuş atəşkəsi alqışlayıb


Türkiyə Xarici İşlər Nazirliyi ABŞ ilə İran arasındakı atəşlə bağlı əldə olunmuş razılığı məmnuniyyətlə qarşıladığını bildirib.

"Report" xəbər verir ki, nazirlik bununla bağlı bəyanat yayıb.

"Bölgədəki müharibə ilə bağlı elan olunan müvəqqəti atəşkəs qərarını məmnuniyyətlə qarşılayırıq. Müvəqqəti atəşkəsin sahədə tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayır və bütün tərəflərin əldə olunmuş razılaşmaya sadiq qalacağına ümid edirik. Daimi sülhə aparan yol yalnız dialoq, diplomatiya və qarşılıqlı etimad vasitəsilə mümkündür", - bəyanatda qeyd olunub.

Həmçinin bildirilib ki, Türkiyə İslamabad şəhərində keçiriləcək danışıqların uğurla nəticələnməsi üçün hər cür dəstəyi göstərməyə davam edəcək.

"Bu prosesdə üzərinə düşən rola görə qardaş Pakistanı təbrik edir, sülhə töhfə verən bütün təşəbbüslərin davamını arzulayırıq".

Oxşar xəbərlər

Azərbaycan XİN İsrail və İran arasında əldə olunmuş atəşkəsi alqışlayır
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər