09
in
2026
13:00
yuxarı
Aydın Hüseynov: "Debitor borcların artdığı sahələrə diqqəti artırmaq lazımdır"
Aydın Hüseynov: "Debitor borcların artdığı sahələrə diqqəti artırmaq lazımdır"
Azərbaycanda debitor borcların artdığı sahələrə diqqəti artırmaq lazımdır.
"Report" xəbər verir ki, bunu deputat Aydın Hüseynov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, debitor borcların artması ciddi problemdir: "Bununla bağlı təhlillər aparılmalı, debitor borclarının tərkibi də təhlil olunmalıdır. Digər tərəfdən isə müdafiə olunan xərclərin tərkibinin müəyyənləşdirilməsi – bu da Hesablama Palatasının verdiyi təkliflərdən biridir – mühüm əhəmiyyət kəsb edir".
