sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan XİN İsrail və İran arasında əldə olunmuş atəşkəsi alqışlayır
Azərbaycan Xarici İşlər Nazirliyi İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayıb.
Nazirlikdən "Sizinxeber.az"a verilən məlumata görə, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.
Bildirilib ki, Azərbaycan atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırır:
"Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq".
Oxşar xəbərlər
Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır
Misir İran və İsraili atəşkəs razılaşmasına riayət etməyə çağırıb
Azərbaycan Hindistan və Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayıb
Rəsmi Bakı İsrail və Livan arasında atəşkəsi alqışlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
