İranın ən böyük uran emalı müəssisələrindən biri bombalanıb
sizinxeber.az xəbər saytı

İranın ən böyük uran emalı müəssisələrindən biri bombalanıb


Ərdəkanda İranın ən böyük uran emalı müəssisələrindən biri olan "Şəhid Rezayinejad Sarı Keks İstehsalı Zavodu"na (Shahid Rezayee Nejad Yellowcake Production Plant) ABŞ ilə İsrailin hücumu nüvə toxunulmazlığının pozulmasıdır.

"Sizinxeber.az" xəbər verir ki, bu, İranın Atom Enerjisi Təşkilatının (İAET) bəyanatında qeyd olunub.

İAET-dən bildirilib ki, bu addım nüvə təbabətinin inkişafına qarşı yönəlib: "İranın nüvə texnologiyası bəşəriyyətin sülh və sağlamlığına xidmət edir. Ağır bombaların atılması ilə bunun qarşısını almaq olmayacaq".

Məlumat üçün bildirək ki, bu zavodda uran filizi emal edilərək nüvə yanacağının ilkin mərhələsi sayılan "sarı keks" (uran konsentratı) tozuna çevrilir. Obyekt 2026-cı ilin martında da hava zərbələrinə məruz qalıb.

Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 4-də BMT-nin Baş katibi Antonio Quterreş, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi və BMT Təhlükəsizlik Şurasına (TŞ) ünvanladığı məktubda da İslam Respublikasının nüvə obyektlərinin bombalanmasının region üçün ciddi radioaktiv çirklənmə təhlükəsi yaratdığını qabardıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar olaraq regionun bəzi dövlətləri hava məkanını müvəqqəti bağlayıb.

Oxşar xəbərlər

İran AEBA-nı zənginləşdirilmiş uran ehtiyatlarının qorunması tədbirləri barədə məlumatlandırıb
AEBA-nın baş direktoru: İranın nüvə silahı hazırladığına dair sübut yoxdur
ABŞ-nin bombaladığı Fordo nüvə obyektində çuxurlar qeydə alınıb
Qrossi İranı AEBA ilə əməkdaşlığa çağırıb
İran, Misir və BAEA nümayəndələri Qahirədə İranın nüvə proqramını müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər