ABŞ-nin bombaladığı Fordo nüvə obyektində çuxurlar qeydə alınıb
sizinxeber.az xəbər saytı

ABŞ-nin bombaladığı Fordo nüvə obyektində çuxurlar qeydə alınıb


Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ABŞ Hərbi Hava Qüvvələri tərəfindən bombardman edilən İranın Fordo nüvə obyektində çuxurlar qeydə alıb.

"Report" xəbər verir ki, bu barədə AEBA-nın baş direktoru Rafael Qrossi agentliyin Rəhbər Şurasının fövqəladə iclasının açılışında bildirib.

O qeyd edib ki, hazırda yeraltı infrastruktura dəyən ziyanı qiymətləndirmək mümkün deyil.

"Fordo obyektində, İranın əsas 60 %-ə qədər uran zənginləşdirmə obyektində, çuxurlar görünür. Bu da dəlib-keçən döyüş sursatlarının istifadəsini göstərir, bu, ABŞ-nin bəyanatları ilə uyğunluq təşkil edir. Hazırda heç kim, o cümlədən AEBA, yeraltında dəyən ziyanı qiymətləndirmək iqtidarında deyil", - o bildirib.

R.Qrossi həmçinin qeyd edib ki, ABŞ-nin İranın İsfahandakı nüvə obyektinə zərbəsi nəticəsində uran emalı aparılan binalar zədələnib.

Oxşar xəbərlər

Qrossi sabah AEBA-nın İranla bağlı təcili iclasını çağırıb
İran Fordo nüvə obyektində monitorinqi gücləndirməyə razılaşıb
KİV: İranın Natanz və Fordo nüvə obyektində partlayışlar baş verib
İran AEBA-nın Rəhbərlər Şurasının təcili iclasını çağırıb
Qrossi: ABŞ-ın İsfahandakı nüvə obyektinə endirdiyi zərbə zamanı uranın emal edildiyi binalar zədələnib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle