Rusiya Dövlət Dumasının sədri Şimali Koreyada səfərdədir
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sədrlik etdiyi nümayəndə heyəti Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyanda rəsmi səfərdədir.
"Report"un məlumatına görə, bu barədə Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, avqustun 15-dək davam edəcək səfərin proqramına Koreyanın yapon müstəmləkəçiliyindən azad edilməsinin 80 illiyi ilə bağlı bir sıra görüşlər və bayram tədbirlərində iştirak daxildir.
Qeyd edək ki, Rusiya və KXDR bir sıra istiqamətlər üzrə əməkdaşlığı genişləndirir. Xüsusilə Rusiya təhlükəsizlik şurasının katibi Sergey Şoyqu üç ay ərzində üç dəfə Pxenyana səfər edib, sonuncu belə səfər iyunda baş tutub. KXDR hakimiyyəti isə, öz növbəsində, Ukraynada müharibə fonunda Rusiyaya dəstək göstərir, o cümlədən hərbi qüvvələr göndərir.
Bundan əlavə, "BBC News"un xəbərinə görə, minlərlə Şimali Koreya vətəndaşı davam edən Rusiya-Ukrayna müharibəsi fonunda böyük işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün ağır şərtlər altında Rusiyaya işləməyə gedir.
Oxşar xəbərlər
Şimali Koreyanın XİN başçısı Rusiyaya səfər edib
Putin Kremldə KXDR XİN başçısı ilə görüşüb
Kim Çen In Rusiyaya Ukrayna ilə münaqişədə dəstək vəd edib
KXDR Yapon dənizi istiqamətində raketlər buraxıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Sosial şəbəkələrdə yaş qadağası!
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
"Şamaxı" klubu Həbib İsmayılovla yeni müqavilə bağlayıb
-
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların vəziyyəti yaxşıdır
-
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
-
Rafael Şvartsman: Azərbaycan aviasiya yanacağının təminatı və tədarükü logistikasında üstünlüklərə malikdir
