Şimali Koreyanın XİN başçısı Rusiyaya səfər edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
okt
2024
12:00
0
0
1 837
ff aaaaaaa

Şimali Koreyanın XİN başçısı Rusiyaya səfər edib

29 okt, 2024
12:00
1 837

Şimali Koreyanın XİN başçısı Rusiyaya səfər edib

Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hi Rusiyaya səfər edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasının (KXDR) XİN başçısı Moskvaya rəsmi səfərə yola düşmək üçün Vladivostoka gəlib.

Oktyabrın 30-da onun Moskvaya rəsmi səfər edəcəyi, Rusiya rəsmiləri ilə görüşlər keçirəcəyi bildirilib.

Qeyd edək ki, oktyabrın 24-də Rusiya Dövlət Duması Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqaviləni ratifikasiya edib.

Rusiya Federasiyası ilə Koreya Xalq Demokratik Respublikası arasında 2024-cü il iyunun 19-da Pxenyanda imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş tərəflərdən birinə hücum zamanı hərbi və digər yardımları nəzərdə tutur.

Qərb mətbuatı KXDR-in Rusiyaya qoşun göndərdiyi və həmin qoşunların Kursk vilayətində yerləşdirildiyi barədə məlumatlar yayıb.

Bizimlə əlaqə saxlayın

×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul