Gürcü spiker Aİ-nin son bəyanatına sərt reaksiya verib
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqının (Aİ) Xarici Fəaliyyət Xidmətinin sözçüsü tərəfindən verilmiş son bəyanata sərt reaksiya verib.
“Sizinxeber.az”un yerli bürosu xəbər verir ki, o, Aİ nümayəndəsinin gürcü xalqının haqlı suallarını cavablandırmaq əvəzinə, “rus” etiketi ilə damğalamaq taktikasından istifadə etdiyini bildirib.
“Gürcü xalqının haqlı suallarına cavab vermək əvəzinə, onlara “rus” damğası vurmaq taktikasına əl atmaq Aİ sözçüsünün özlüyündə çox şeyə cavabdır”, - deyə Papuaşvili qeyd edib.
Spikerin bu bəyanatı Xarici Fəaliyyət Xidmətinin saytında yayımlanan və Gürcüstan hakimiyyətinin Aİ-nin ölkədəki fəaliyyəti ilə bağlı səsləndirdiyi ittiham və dezinformasiyanı qəti şəkildə rədd edən açıqlamadan sonra gəlib. Aİ sözçüsü bildirib ki, Gürcüstanın rəsmi Brüssel ilə münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayan avropalı səfirə qarşı şəxsi hücumlar qəbuledilməzdir və pislənilir.
Oxşar xəbərlər
Gürcü spiker Baltikyanı ölkələrin XİN başçılarının bəyanatına cavab verib
Papuaşvili: Kallas Gürcüstandan üzr istəmək əvəzinə, hakimləri təhdid edir
Papuaşvili: Gürcü xalqının suverenliyinə hörmət göstərilməyənədək AŞPA-da təmsil olunmayacağıq
Gürcüstan parlamentinin sədri: Seçkilər şər və xeyir, dinsizlik və mənəviyyat arasında seçimdir
Parlament sədri Gürcüstanda sabitliyin pozulması cəhdlərindən narahatdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













