Parlament sədri Gürcüstanda sabitliyin pozulması cəhdlərindən narahatdır
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə sabitliyin pozulmasına yönəlmiş xarici müdaxilə cəhdləri ilə bağlı ciddi narahatlığını ifadə edib.
“Report”un yerli bürosu xəbər verir ki, Papuaşvili bunu "Imedi Live" verilişində çıxışı zamanı dilə gətirib.
Onun sözlərinə görə, Brüssel tərəfindən atılan bəzi addımlar Gürcüstanda xaos yaratmaq məqsədilə xarici təsirlərin artmasının göstəricisidir. Papuaşvili bildirib ki, ölkədə öz “marionet”lərini hakimiyyətə gətirmək istəyən qüvvələr var: "Bu cəhdlər artıq müşahidə olunur. Biz xaos yaratmaq cəhdinin əlamətlərini görürük. Brüsselin bəzi addımları bizə göstərir ki, kənardan ölkədə sabitliyi pozmaq cəhdi olacaq".
Papuaşvili keçən ilin payızında keçirilmiş referendum zamanı xarici səfirlərin və diplomatların seçkilərə müdaxilə etdiyini vurğulayıb: "Bir çox səfirlər, o cümlədən Avropa İttifaqının səfiri, Vyana Konvensiyasını bir kənara qoyaraq, birbaşa seçki kampaniyasına başladılar. Lakin gürcü xalqı öz azadlığını xarici təsirlərə buraxmaq fikrində olmadığını bir daha sübut etdi".
Spiker bildirib ki, bu müdaxilələr daha qəddar şəkildə davam edə bilər, lakin gürcü xalqının buna adekvat cavab verəcəyinə əmindir.
Oxşar xəbərlər
Gürcüstan parlamentinin sədri: Qərb payızda ölkədə sabitliyi pozmağa cəhd göstərəcək
Gürcüstanın spikeri: Avropa İttifaqının səfiri seçkiyə müdaxilə edib
Papuaşvili: USAID 2024-cü ildə Gürcüstan QHT-lərinə 41,7 milyon dollar ayırıb
Gürcüstan parlamentinin sədri: Biz ABŞ-nin ştatı deyilik
Papuaşvili: USAID 2024-cü ildə seçkiləri pozmağa çalışan Gürcüstan QHT-lərinə 41,7 milyon dollar ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
-
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb - FOTO
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
-
Andoni İraola "Liverpul"a rəhbərlik etməyə başlayıb
-
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
-
Dünya Bankı: Ötən ay Avropa və ABŞ-da təbii qaz bahalaşıb
