Sizinxeber.az » DÜNYA » Region » İran və "Avropa üçlüyü" arasında danışıqların dördüncü raundu keçiriləcək

İran və "Avropa üçlüyü" arasında danışıqların dördüncü raundu keçiriləcək

Cenevrədə İran və "Avropa üçlüyü" ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) arasında danışıqların üçüncü raundu keçirilib və tərəflər məsləhətləşmələri davam etdirməyə razılaşıblar.

“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə görüşdə iştirak edən İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi məlumat verib.

"Biz razılaşmaya nail olmaq üçün zəruri olan iki sahədə - sanksiyaların aradan qaldırılması və nüvə məsələləri üzrə müxtəlif məqamları müzakirə etdik. Belə nəticəyə gəldik ki, danışıqlar bərpa edilməli, razılaşmaya nail olmaq üçün isə bütün tərəflər müvafiq atmosfer yaratmalı və qorumalıdır. Danışıqlar davam etdiriləcək", - nazir müavini "X" sosial şəbəkəsində yazıb.

İran və Avropa nümayəndələri arasında danışıqlar sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının sammiti çərçivəsində diplomatlar arasında keçirilən görüşlərin davamı hesab olunur. Daha sonra, 2024-cü il noyabrın 29-da İran XİN başçısının müavinləri Məcid Təxt-Ravançi və Kazem Qaribabadi Tehranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə etmək üçün Cenevrədə Böyük Britaniya, Almaniya və Fransa nümayəndələri ilə görüşüblər.

“Farhikhtegan” qəzetinin iddiasına görə, Cenevrəyə səfərindən əvvəl Təxt-Ravançi Norveç tərəfinin təşəbbüsü ilə Osloya gedərək ABŞ ilə gələcək danışıqlar üçün zəmin yaratmaq məqsədilə bir sıra görüşlər keçirib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !