Ermənistanda arxiyepiskop Mikael Acapaxyan saxlanılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
in
2025
22:30

Ermənistanda arxiyepiskop Mikael Acapaxyan saxlanılıb

27 in, 2025
22:30
563

Ermənistanda arxiyepiskop Mikael Acapaxyan saxlanılıb

Ermənistanın Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri Mikael Acapaxyan ölkədə hakimiyyəti devirməyə çağırışlarla bağlı cinayət işi üzrə saxlanılıb; istintaq onun həbsi üçün vəsatət qaldırıb.

"Sizinxeber.az" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Ara Zöhrabyan bildirib.

"Biz istintaq tədbirlərində iştirak etdik. Arxiyepiskop Mikael Acapaxyana qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə cinayət işi başlanıb. Müstəntiq arxiyepiskopun həbsə alınması şəklində həbs-qətimkan tədbirinin seçilməsi barədə məhkəmədə vəsatət qaldırıb", - Zöhrabyan bildirib.

O əlavə edib ki, məhkəmə arxiyepiskopun həbsindən sonra 24 saat ərzində həbs-qətimkan tədbiri ilə bağlı qərar qəbul etməlidir.

Bizimlə əlaqə saxlayın