Ermənistan MTX vətəndaşları Acapaxyanın həbsinə mane olmamağa çağırıb
sizinxeber.az xəbər saytı

Ermənistan MTX vətəndaşları Acapaxyanın həbsinə mane olmamağa çağırıb


Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) vətəndaşları vəziyyəti gərginləşdirməkdən çəkinməyə və Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri Mixail Acapaxyanın həbsinə mane olmamağa çağırıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə MTX-nin bəyanatında deyilir.

Məlumata görə, İstintaq Komitəsi arxiyepiskop barəsində cinayət işi açıb. O, hakimiyyəti ələ keçirməyə və konstitusiya quruluşunu zorakılıqla devirməyə açıq çağırışlar etməkdə ittiham olunur.

"İyunun 27-də arxiyepiskopun həbs edilməsi ilə bağlı qərar qəbul edilsə də, o, hələ azadlıqdadır. O, barəsində həbsqəti imkan tədbirinin seçilməsi üçün məhkəməyə gətirilməlidir. MTX vətəndaşları güc strukturlarının fəaliyyətinə mane olmamağa və vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırır. Arxiyepiskopdan əməliyyat qrupuna könüllü təslim olması xahiş olunur", - bəyanatda deyilib.

Gülnar Mahmudova

Oxşar xəbərlər

Erməni apostol kilsəsinin arxiyepiskopu barəsində cinayət işi açılıb
Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb
Arxiyepiskop Acapaxyan saxlanılması üçün əməliyyat keçirilir, Eçmiədzində toqquşmalar davam edir - YENİLƏNİB-3
Ermənistan İstintaq Komitəsi arxiyepiskop Qalstanyanı hakimiyyəti ələ keçirməyə cəhddə ittiham edib
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle