Ermənistanda arxiyepiskop Mikael Acapaxyanın 20-dən çox tərəfdarı saxlanılıb
sizinxeber.az xəbər saytı

Ermənistanda arxiyepiskop Mikael Acapaxyanın 20-dən çox tərəfdarı saxlanılıb


Ermənistan İstintaq Komitəsinin binası yaxınlığındakı ərazidən iyirmidən çox vətəndaş polis bölməsinə aparılıb.

Bu barədə “Sizinxeber.az” yerli mətbuata istinadən xəbər verir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti saxlanılma faktını təsdiqləsə də, onların dəqiq sayını açıqlamayıb.

“Başlanmış cinayət işi çərçivəsində bir qrup şəxs saxlanılaraq polis bölmələrinə aparılıb”, - nazirlikdən bildirilib.

Daha əvvəl İstintaq Komitəsi təhlükəsizlik qüvvələrinin arxiyepiskop Mikael Acapaxyanı saxlamağa çalışdığı Eçmiədzin Ana taxtının yaxınlığında hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni fəaliyyətinə mane olma faktı ilə bağlı cinayət işinin başlandığını bildirib.

Oxşar xəbərlər

Ermənistanda arxiyepiskop Mikael Acapaxyan İstintaq Komitəsinə gəlib və saxlanılıb
Ermənistanda arxiyepiskop Mikael Acapaxyanın həbsinə maneə törədilməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB-5
Ermənistanda daha bir arxiyepiskopun iqamətgahında axtarış aparılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle