Sabirabadda geniş ərazilər su altında qaldı
Sabirabad rayonunun Poladtuğay kəndində Kür çayının daşması nəticəsində meşə ilə yanaşı, əkin sahələri və nar bağları su altında qalıb.
Sizinxeber.Az Report-a istinadən xəbər verir ki, çay öz məcrasından çıxaraq kənd ərazisində yerləşən Tuğay meşələrinə, eləcə də əkin və bağ sahələrinə yayılıb.
Kənd sakinləri bildiriblər ki, xüsusilə yonca sahələri və nar bağları ciddi zərər görüb. Ərazilərdə suyun səviyyəsi bəzi yerlərdə 2-3 metrə qədər yüksəlib. Ötən ilin payız mövsümündə 11 hektar sahədə əkilmiş palıd tinglərinin də su altında qalaraq məhv olduğu qeyd olunur.
Subasma təhlükəsini nəzərə alan bəzi sakinlər məhsulu itirməmək üçün qabaqlayıcı tədbirlər görməyə başlayıblar. Belə ki, yonca sahələrində biçin işlərinə start verilib, yığılan məhsul texnikanın köməyi ilə daha təhlükəsiz ərazilərə daşınır.
Məsələ ilə bağlı Azadkənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən bildirilib ki, ərazidə vəziyyət nəzarət altındadır. Qeyd olunub ki, kəndin 2162 nəfər əhalisi var və aidiyyəti qurumların əməkdaşları tərəfindən əraziyə baxış keçirilib, monitorinqlər davam etdirilir.
Rəsmi məlumatda həmçinin vurğulanıb ki, mövcud mühafizə bəndlərinin hündürlüyü su səviyyəsindən təxminən 4 metr yüksəkdir. Bu səbəbdən hazırda yaşayış məntəqəsi üçün ciddi təhlükə yoxdur.
Oxşar xəbərlər
İmişlinin 2 kəndində bəzi əkin sahələri su altında qalıb
Kürdə suyun səviyyəsi artıb, İmişlinin üç kəndində pay torpaqları su altında qalıb
Sabirabadda Kür çayı məcrasından çıxıb
Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı
Azərbaycanda yonca sahələrinin sığortalanmasına başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
