Azərbaycan Britaniya üçün vacib tərəfdaşdır - Nazir
Azərbaycan Böyük Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır.
Axar.az xəbər verir ki, bu sözləri Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Lord Vernon Koaker Londonda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümünə həsr edilmiş rəsmi qəbul zamanı çıxışında deyib.
“Fəxr edirəm ki, təmsil etdiyim Britaniya hökuməti Azərbaycanla münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdədir. Bu, ölkələrimizə müdafiə və təhlükəsizlik, ticarət, investisiya, iqtisadi artım, eləcə də innovasiya və təhsil sahələrində daha geniş əməkdaşlığa imkan verəcək. Bu prioritetlər iki ölkə arasında artan yüksəksəviyyəli səfərlərdə müzakirə edilir”, - o bildirib.
Britaniyalı nazir qeyd edib ki, getdikcə daha da qeyri-müəyyən və təhlükəli hal alan dünyada dost və tərəfdaş ölkələrin varlığı heç zaman olmadığı qədər önəmlidir və Azərbaycan Böyük Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır.
Lord Koaker Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə və dövlət rəsmiləri ilə keçirdiyi görüşlərin ikitərəfli əlaqələr, o cümlədən müdafiə sahəsində əməkdaşlığın inkişafına təkan verdiyini söyləyib.
Oxşar xəbərlər
Hikmət Hacıyev Britaniya Müdafiə Nazirliyinin dövlət naziri ilə görüşüb
Britaniya Aİ ilə təhlükəsizlik sazişini müzakirə etməyə hazırdır
Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Böyük Britaniya İsrail və Çinə sanksiyalar tətbiq edə bilər
Britaniya çətinliklərə baxmayaraq Çinlə əlaqələri gücləndirməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
