AEBA-nın ekspertləri ZAES-dəki yanğının səbəbini açıqlamayıb
Zaporojye AES-in soyuducu qülləsində təkrar yoxlamadan sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) yanğının səbəbini açıqlamayıb.
“Sizinxeber.az” xəbər verir ki, bəyanatın mətni qurumun saytında dərc olunub.
“Toplanan sübutlar ilkin yanğının soyuducu qüllənin dibindən başlaması ehtimalının az olduğunu göstərən qiymətləndirməmizi dəstəkləyir”, – hesabatda deyilir.
Qeyd olunur ki, mütəxəssislərə soyuducu qüllənin içindən çəkilmiş foto və videolar nümayiş etdirilib. Üzərlərində “yad əşyalar və ya materiallar” görməyiblər.
Xatırladaq ki, avqustun 11-də Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan Zaporojye AES-in üzərində qatı tüstü müşahidə olunub. Ukrayna və Rusiya tərəfləri bir-birini təxribatda ittiham edib.
Oxşar xəbərlər
Zaporojye AES-də yanğın olub, Ukrayna və Rusiya bir-birini ittiham edib
AEBA və “Rosatom” rəhbərləri Zaporojye AES ilə bağlı danışıqlar aparırlar
AEBA rəhbəri: BMT TŞ-yə Zaporojye AES-lə bağlı müraciət edib
AEBA AES-in yerləşdiyi Kursk vilayətindəki vəziyyəti izləyir
AEBA rəhbəri: "Zaporojye AES-ə zərbələr onun fəaliyyətinə təsir etməyib"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













