Ukrayna Silahlı Qüvvələrinin rəsmisi: Zaporojye istiqamətində vəziyyət mürəkkəbdir
Zaporojye istiqamətində vəziyyət kifayət qədər mürəkkəbdir. Rusiya ordusu hücumlarının sayını dəfələrlə artırıb.
Bunu "Sizinxeber.az"un Şərqi Avropa bürosuna açıqlamasında, Ukrayna Silahlı Qüvvələrinin cənub dairəsi üzrə rəsmisi polkovnik Vladislav Voloşin bildirib.
"Rusiya ordusu hazırda hücum əməliyyatlarını davam etdirir. Təkcə son bir neçə gün ərzində iki dəfə irimiqyaslı hücum həyata keçiriblər. Zirehli texnika və tanklarla təchiz olunan piyada qrupları artilleriya və dronlarla hücum təşkil ediblər. Lakin qüvvələrimiz bu hücumları dəf edib. Düşmən böyük itkilər verib. Bu təxminən 140-150 nəfər şəxsi heyət, 30-dan çox texnika vahididir", - polkovnik vurğulayıb.
V.Voloşinin sözlərinə görə, ərazi itkisi olmayıb: "Biz vəziyyətin daha da gərginləşəcəyini, hücumların kəskinləşəcəyini proqnozlaşdırırıq. Çünki düşmənin bu istiqamətdə cəmləşdirdiyi qüvvə və vasitələr kifayət qədər əhəmiyyətlidir", - o əlavə edib.
Oxşar xəbərlər
Zelenski Rusiya Silahlı Qüvvələrini Pasxa atəşkəsini pozmaqda ittiham edib
Zaporojye AES-də yanğın olub, Ukrayna və Rusiya bir-birini ittiham edib
Rusiya Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb
Rusiya ordusu Xersonda yaşayış məntəqəsini vurub: ölən və yaralı var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
