Paşinyan güc strukturlarına din xadimləri haqqında məlumat toplamağı tapşırıb
sizinxeber.az xəbər saytı

Paşinyan güc strukturlarına din xadimləri haqqında məlumat toplamağı tapşırıb


Ermənistanın baş naziri Nikol Paşinyan güc strukturlarına təxminən 50 din xadimindən ibarət siyahı tərtib etməyi və onlar haqqında məlumat toplamağı tapşırıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, məqsəd gələcəkdə bu şəxslərə qarşı mümkün tədbirlər planlaşdırmaqdır. Qeyd edilib ki, hökumətin bütün ermənilərin katolikosu II Qaregin və onun ətrafı haqqında topladığı bir sıra materiallardan patriarxı vəzifəsindən uzaqlaşdırmaq üçün istifadə oluna bilər.

Daha əvvəl Paşinyan sosial şəbəkələrdə Erməni Apostol Kilsəsinin nümayəndələrinə qarşı bir sıra paylaşımlar edib, daha sonra isə yeni katolikos seçilməsinə çağırıb.

Oxşar xəbərlər

Paşinyan kilsədən şəffaf iqtisadi fəaliyyət tələb etmək istəyir
Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gedib
KİV: Ümumerməni katolikosu II Qareginə hücum olub
Paşinyan Notr-Dam kilsəsinin açılışında iştirak etmək üçün Parisə gedib
Nikol Paşinyan İranın yeni seçilən prezidenti ilə görüşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər