Rusiyada yeniyetmə dörd həmyaşıdını bıçaqlayaraq öldürüb, daha sonra yanğında həlak olub
Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində yeniyetmə bıçaqla dörd həmyaşıdını qətlə yetirib, daha sonra baş verən yanğın nəticəsində özü də ölüb.
Sizinxeber.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi "Telegram" kanalında məlumat yayıb.
İstintaq versiyasına görə, hadisə “Qornıy Baykal” bağçılıq kooperativində yerləşən fərdi evdə baş verib. Eyni evdə olan yeniyetmələrdən biri digərlərinə bıçaqla hücum edib. Dörd nəfər hadisə yerində ölüb, daha dörd yeniyetmə isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
“Hücum edən şəxs daha sonra evi yandırıb və baş verən yanğın nəticəsində ölüb”, - İstintaq Komitəsi bildirib.
Hadisə yerində beş yeniyetmənin meyiti aşkarlanıb. Faktla bağlı qətl maddəsi ilə cinayət işi açılıb. Hadisənin bütün detalları araşdırılır.
Oxşar xəbərlər
Rusiyada bıçaqlı hücumda 5 yeniyetmə ölüb
Rusiyada ata azyaşlı 4 uşağını qətlə yetirib
Hindistanda hoteldə baş verən yanğında azı 14 nəfər həlak olub
Rusiyada yanğın zamanı 5 uşağın ölməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
Rusiyada yanğın zamanı dörd uşağın ölməsi ilə bağlı cinayət işi açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
