ABŞ Rusiya və Ukraynada enerji obyektlərinə hücumlara moratorium tətbiq etməyi təklif edib
Ukrayna nizamlanması üzrə Rusiya-Amerika danışıqları yaxın vaxtlarda başlayacaq.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ər-Riyadda Rusiya-ABŞ danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, Vaşinqton hələlik bu danışıqlar üçün öz nümayəndəsini təyin etməyib.
Lavrov ABŞ-nin Ukraynada nizamlanma üçün heç bir “üç addımlı planı” görmədiyini də söyləyib.
Onun sözlərinə görə, Amerikanın Ər-Riyaddakı nümayəndə heyəti Trampın xüsusi elçisi Kit Kelloqun Polşaya təqdim etdiyi iddia edilən Ukraynada nizamlanma üçün müəyyən planı feyk adlandırıb.
Lavrov qeyd edib ki, ABŞ Rusiya və Ukraynada enerji obyektlərinə hücumlara moratorium tətbiq etməyi təklif edib.
"Rusiyanın məqsədi Ukraynanın enerji sisteminə zərər vurmaq deyil. Rusiya ABŞ-nin "irəli getmək" əzmini hiss edib və Moskva da eyni düşüncədədir", - deyə Rusiya XİN başçısı vurğulayıb.
Oxşar xəbərlər
Lavrov: Yaxın vaxtlarda Ukrayna ilə bağlı tənzimləmə prosesi formalaşacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov: Moskva Ukrayna ətrafındakı vəziyyəti həll etmək üçün danışıqlara hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov: ABŞ Ukraynanın əli ilə Rusiyaya hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov: NATO qoşunlarının Ukraynaya yeridilməsi Rusiya üçün qəbuledilməzdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Fox News”: ABŞ və Rusiya Ukrayna ilə bağlı üç mərhələli sülh planı təklif edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












