Lavrov: Moskva Ukrayna ətrafındakı vəziyyəti həll etmək üçün danışıqlara hazırdır
Moskva Ukrayna ətrafındakı vəziyyəti həll etmək üçün danışıqlara hazırdır. Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov RİA Novosti agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, danışıqlar böhranın əsas səbəblərini aradan qaldırmağa və “yerdə” real vəziyyəti nəzərə almağa yönəlməlidir.
Lavrov ABŞ administrasiyasının Ukrayna ilə bağlı danışıqlara başlamaq üçün bütün rıçaqlarının olduğunu söyləyib:
"Vaşinqton münaqişəni dayandırmaq istəsəydi, silah tədarükünü dayandırardı. Kiyev və Qərbin Ukraynada atəşkəsin tətbiqi ilə bağlı müzakirəsi onlara Ukrayna Silahlı Qüvvələrinin potensialını möhkəmləndirməkdən ötrü fasilə üçün lazımdır. Bu, dalana aparan yoldur".
Oxşar xəbərlər
Lavrov: Moskva istənilən ssenariyə hazırdır
Rusiya XİN rəhbəri Ukrayna ilə danışıqların şərtini açıqlayıb
Lavrov: Rusiya NATO ilə dialoqa hazırdır, lakin təcavüzə dözməyəcək
Lavrov: 2014-cü ildə çevriliş olmasaydı, Krım Ukraynanın tərkibində qalardı
Lavrov: ABŞ Ukraynanın əli ilə Rusiyaya hücum edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
