Lavrov: Yaxın vaxtlarda Ukrayna ilə bağlı tənzimləmə prosesi formalaşacaq
sizinxeber.az xəbər saytı

Lavrov: Yaxın vaxtlarda Ukrayna ilə bağlı tənzimləmə prosesi formalaşacaq


Biz bir-birimizi nəinki dinlədik, həmçinin eşitdik.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ər-Riyadda Rusiya-ABŞ danışıqlarının yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, danışıqlar çox faydalı keçib.

Rusiya XİN başçısı danışıqlarda ABŞ tərəfi ilə əldə olunan razılaşmalardan danışıb.

Bildirib ki, əldə olunan razılaşmaya görə, Rusiya və ABŞ səfirlərinin mümkün qədər tez təyinatını təmin edəcək: "Rusiya və ABŞ Baydenin hakimiyyəti dövründə diplomatik missiyaların işinə tətbiq olunan maneələri aradan qaldıracaq. Biz razılaşdıq ki, yaxın vaxtlarda Ukrayna ilə bağlı tənzimləmə prosesi formalaşacaq, ABŞ Vaşinqtonu kimin təmsil edəcəyini açıqlayacaq, onun kim olacağını bilən kimi dərhal prosesdə öz iştirakçımızı təyin edəcəyik".

Lavrov vurğulayıb ki, Amerika tərəfinin Rusiyanın mövqeyini daha yaxşı dinləməyə başladığını düşünməyə əsas var: "Rusiya və ABŞ razılığa gəliblər ki, maraqları üst-üstə düşməyəndə münaqişəyə səbəb olmamalı, problemləri həll etməlidirlər. Paralel olaraq, əməkdaşlığımızın tam şəkildə bərpası və geniş spektrdə genişlənməsi üçün şərait yaradacağıq".

Oxşar xəbərlər

Lavrov: ABŞ Ukraynanın əli ilə Rusiyaya hücum edib
Lavrov: Rusiya ABŞ ilə dialoqda məxfiliyi qorumağa üstünlük verir
Lavrov: Moskva Ukrayna ətrafındakı vəziyyəti həll etmək üçün danışıqlara hazırdır
Lavrov: Rusiya ABŞ ilə silahlara nəzarət üzrə heç bir danışıqlar aparmayacaq
Lavrov: Rusiya Gürcüstan, Cənubi Ostetiya və Abxaziyanı barışdırmağa hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər