Rusiya DİN ölkəyə gələn əcnəbilər üçün məcburi şərtləri açıqlayıb
Rusiya Daxili İşlər Nazirliyi ölkəyə gələn əcnəbilər üçün məcburi şərtləri açıqlayıb.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Federasiyasına daxil olan bütün əcnəbilər, eləcə də artıq uzun müddət onun ərazisində olanlar tibbi müayinədən keçməlidirlər.
Bu tələb ölkədə uzun müddət qalan bütün əcnəbilərə, eləcə də səfər məqsədindən asılı olmayaraq Avrasiya İqtisadi İttifaqı ölkələrinin vətəndaşlarına şamil edilir.
Əcnəbilərdən hər il başqaları üçün təhlükə yaradan bir sıra xəstəliklərin olmadığını təsdiqləmək tələb olunur. Belə bir xəstəlik aşkar edilərsə, əcnəbi sonradan ölkəyə girişinə qadağa qoyulmaqla ölkədən deportasiya edilə bilər.
"Əgər səfərin məqsədi turizmdirsə və əcnəbinin Rusiyada qalma müddəti 3 aydan çox deyilsə, o zaman tibbi müayinə tələb olunmur", - deyə Rusiya Daxili İşlər Nazirliyi bildirir.
Oxşar xəbərlər
Əcnəbilərin Rusiyada vizasız müvəqqəti qalma müddəti iki dəfə azaldılıb
DMX Rusiyaya səfər edən Azərbaycan vətəndaşlarına müraciət edib
Rusiyada əcnəbi tələbələr üçün rus dili imtahanı icbari olacaq
Azərbaycan vətəndaşları Rusiyada qanunsuz miqrantlar siyahısında ilk beşlikdədir
Moskvada miqrantlara QR kodlu xüsusi şəxsiyyət vəsiqələri veriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
