Rusiyada əcnəbi tələbələr üçün rus dili imtahanı icbari olacaq
Rusiya ali məktəblərində təhsil almaq istəyən əcnəbi tələbələr gələn ildən rus dilindən imtahan verməli olacaqlar.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Baş nazirin müavini Dmitri Çernışenko bildirib.
Onun sözlərinə görə, bunubla bağlı müvafiq əmri təhsil və elm naziri Valeri Falkov imzalayıb.
“Təhsil nazirinin artıq imzaladığı əmrinə əsasən, gələn il aprelin 1-dən Rusiya ali məktəblərinə daxil olan bütün əcnəbilər üçün icbari rus dili imtahanı keçiriləcək”, - deyə RF hökumət sədrinin müavini vurğulayıb.
O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin 2030-cu ilə qədər ən azı 500 min əcnəbi vətəndaşın ölkə universitetlərində təhsil alması barədə göstəriş verdiyi üçün bu iş sistemli şəkildə aparılır.
Rusiya Təhsil və Elm Nazirliyinin məlumatına görə, hazırda ölkənin ali məktəblərində 380 min əcnəbi tələbə təhsil alır.
Oxşar xəbərlər
Rusiyada miqrant uşaqlarının dil biliklərinin yoxlanılmasına başlanılacaq vaxt bilinib
Rusiyaya iş dalınca gedən miqrantlar rus dilindən şifahi imtahan da verməli olacaq
Moskvada Rusiya-Azərbaycan Elm və Təhsil Forumu keçirilir
Rusiyada miqrant uşaqları rus dilindən məcburi imtahan verməli olacaqlar
47 əcnəbi tələbə Azərbaycanda təhsil alacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













