Azərbaycan və Afrika İttifaqı birgə sammitin keçirilməsini planlaşdırır
sizinxeber.az xəbər saytı

Azərbaycan və Afrika İttifaqı birgə sammitin keçirilməsini planlaşdırır


Afrika İttifaqı və Azərbaycan əməkdaşlığın genişləndirilməsi məqsədilə birgə sammitin keçirilməsini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusuf və Azərbaycanın Efiopiyadakı səfiri, Afrika İttifaqı yanında daimi nümayəndəsi Ruslan Nəsibovun görüşünün yekunları üzrə Afrika İttifaqının "X" sosial şəbəkəsindəki bəyanatında bildirilib.

"Tərəflər Afrika İttifaqı və Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsini, o cümlədən əməkdaşlığın genişləndirilməsi üçün Afrika İttifaqı və Azərbaycan sammitinin keçirilməsi perspektivini müzakirə ediblər", - məlumatda qeyd olunub.

Danışıqlar zamanı həmçinin dövlət qulluğu və dövlət sektorunda islahatlar sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Təcrübə, qabaqcıl metodların mübadiləsinə və institusional potensialın artırılmasına xüsusi diqqət yetirilib.

Bundan əlavə, tərəflər aktual beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna münaqişəsi üzrə fikir mübadiləsi aparıb, dialoqun, diplomatiyanın və mübahisələrin sülh yolu ilə nizamlanmasının vacibliyini vurğulayıblar.

Oxşar xəbərlər

Afrika İttifaqı Komissiyasının sədri Azərbaycana səfərə gəlib
Afrika İttifaqı yaraqlıların Malinin paytaxtına və bölgələrinə hücumlarını pisləyib
KİV: Tramp gələn həftə Afrika liderləri ilə sammit keçirəcək
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
Cibutinin xarici işlər naziri Afrika İttifaqının rəhbəri seçilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər