sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Ötən il 80 mindən çox miqrant Rusiyadan məcburi şəkildə çıxarılıb
2024-cü ildə 80 mindən çox miqrant Rusiyadan məcburi şəkildə çıxarılıb.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Məhkəmə İcraçıları Federal Xidmətindən bildirilib.
Qeyd olunub ki, ötən il 80 mindən çox xarici vətəndaş miqrasiya qaydalarını pozduğuna görə Rusiya Federasiyası ərazisindən deportasiya olunub.
Xatırladaq ki, Rusiyada miqrantlarla bağlı qanunlar sərtləşdirlib. Bu ilin yanvarın 1-dən Rusiyaya vizasız gələn xarici vətəndaşların il ərzində ölkə ərazisində qalma müddəti 180 gündən 90 günə endirlib. Yeni qanunvericiliyə görə, polisə xüsusi icazə olmadan miqrantın yaşadığı evə daxil olmaq səlahiyyəti verilib.
Oxşar xəbərlər
Rusiyada olan qanunsuz miqrantların sayı açıqlanıb
Rusiyada miqrant kvotası təsdiqlənib
Əcnəbilərin Rusiyada vizasız müvəqqəti qalma müddəti iki dəfə azaldılıb
Rusiyada miqrasiya qeydiyyatında olan əcnəbilərin sayı açıqlanıb
Rusiyada miqrant uşaqları rus dilindən məcburi imtahan verməli olacaqlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













