Azərbaycanlı tələbə MDB hökumət başçılarına Xəzərin dayazlaşması ilə bağlı layihə təqdim edib - FOTO
Azərbaycandan olan tələbə MDB ölkələrinin hökumət başçılarının Azərbaycanın Baş naziri Əli Əsədovun iştirakı ilə Moskvada keçirilən iclası çərçivəsində “Xəzər Orbiti” layihəsinin təqdimatında iştirak edib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, MDB ölkələrinin tələbə və aspirantlarının “Sərhədsiz Universitet: hər kəsin ideyaları – hamı üçün gələcək” strateji sessiyasının 3-cü yekun mərhələsi çərçivəsində iki beynəlxalq finalçı komanda öz mühəndis layihələrini təqdim edib.
Xəzər dənizinin dayazlaşması problemlərinin həlli üçün kosmik monitorinq və transsərhəd sudan rasional istifadə texnologiyası üzrə “Xəzər Orbiti” layihəsini tərtib edənlər arasında həmyerlimiz, G. V. Plexanov adına Rusiya İqtisad Universitetinin 4-cü kurs tələbəsi Vüsal Məhərrəmov da olub.
Azərbaycanın Baş naziri Əli Əsədov həmyerlimizə əməyinə görə təşəkkür edib, ona təhsilində uğurlar arzulayıb.
Vüsal Məhərrəmov azərbaycanlı jurnalistlərlə söhbətində layihə üzərində işindən danışıb: “Layihə Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan üçün çox aktualdır. Xəzər dənizinin dayazlaşması regionun bütün ölkələri üçün problemdir və bu, MDB ölkələrinin həyata keçirdiyi bir çox layihələri təhlükə altına qoya bilər”.
O qeyd edib ki, bu, problemin Azərbaycan üçün aktuallığını izah edir: “Layihə üzərində aparılan işlər zamanı universitetlər arasında əməkdaşlığı inkişaf etdirmək mümkün olub və səliqəli iş nəticəsində layihələr MDB ölkələrinin hökumət başçılarına təqdim edilib. "Xəzər Orbiti” layihəsi layiqli qiymət alıb”.
Oxşar xəbərlər
Moskvada azərbaycanlı tələbə tərəfindən hazırlanmış "Xəzərin Orbiti" layihəsi təqdim edilib
Putin: Xəzərin dayazlaşması hamını narahat edir
Moskvada MDB hökumət başçıları Şurasının iclası keçirilir - YENİLƏNİB - FOTO
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”u keçirilir - FOTO
Əli Əsədov Moskvada MDB hökumət başçıları Şurasının iclasında iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
