Moskvada azərbaycanlı tələbə tərəfindən hazırlanmış "Xəzərin Orbiti" layihəsi təqdim edilib
MDB ölkələrinin hökumət başçılarının Moskvada keçirilən iclası çərçivəsində hazırlayanlardan biri azərbaycanlı tələbə Vüsal Məhərrəmov olan "Xəzərin Orbiti" layihəsi təqdim edilib.
“Sizinxeber.az”un Rusiya bürosunun məlumatına görə, MDB ölkələri tələbə və aspirantlarının "Sərhədsiz universitet: hər kəsin ideyası - hamı üçün gələcək" adlı 3-cü yekun mərhələsi çərçivəsində iki beynəlxalq finalist komanda öz layihələrini təqdim edib.
Xəzərin dayazlaşması problemlərinin həlli üçün kosmik monitorinq və səmərəli transsərhəd su istifadəsi texnologiyası haqqında "Xəzərin Orbiti" layihəsinin müəllifləri arasında həmvətənimiz, Rusiya İqtisad Universitetinin 4-cü kurs tələbəsi Vüsal Məhərrəmov da var idi.
İclasda iştirak edən Azərbaycanın Baş naziri Əli Əsədov V.Məhərrəmova işinə görə təşəkkür edib və təhsilində uğurlar arzulayıb.
“Sizinxeber.az”un müxbiri ilə söhbətində Vüsal Məhərrəmov bu layihənin Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan üçün çox aktual olduğunu bildirib.
"Xəzər dənizinin dayazlaşması regionun bütün ölkələri üçün problemdir və MDB ölkələri tərəfindən həyata keçirilən bir çox layihələri təhlükə altına qoyur", - o qeyd edib.
V.Məhərrəmov vurğulayıb ki, layihə üzərində iş zamanı ali məktəblər arasında əməkdaşlığı inkişaf etdirmək mümkün olub.
Oxşar xəbərlər
Baş nazir Əli Əsədov N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetində olub
Moskvada MDB Hökumət Başçıları Şurasının iclası keçirilir
Azərbaycanın Baş naziri Moskvada Heydər Əliyevin xatirəsini anıb
Əli Əsədov: Azərbaycan və Rusiya Xəzərin dayazlaşması problemi ilə məşğul olacaqlar
Putin: Xəzərin dayazlaşması hamını narahat edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












