“Ximki” klubunun investoru Tufan Sadıqov saxlanılıb - YENİLƏNİB
“Ximki” futbol klubunun investoru, azərbaycanlı iş adamı Tufan Sadıqov FTX əməkdaşları tərəfindən saxlanılıb.
APA xəbər verir ki, O, ilkin olaraq “Dələduzluq” maddəsi ilə şübhəli bilinir.
Yayılan məlumaya görə, Sadıqovun barəsində hələlik həbs qətimkan tədbiri seçilməyib. Eyni zamanda, hadisənin futbolla deyil, Sadıqovun Moskva vilayətində tikinti biznesi ilə bağlı olduğu iddia edilir.
Lakin hazırda məlumat rəsmi təsdiqini tapmayıb.
***
23:26
“Ximki” futbol klubunun investoru Tufan Sadıqov müvəqqəti olaraq ev dustaqlığına buraxılıb.
APA “BAZA”ya istinadən xəbər verir ki, Sadıqov ilk dəfə hələ 2024-cü ilin noyabrında saxlanıla bilərdi.
Eyni zamanda, məhkəmə işində Sadıqovun soyadına işarə edən və T.A.O inisiallarını əks etdirən vəsiqə mövcuddur.
Saxlanılan bu şəxs barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291.2-ci “Xırda rüşvət alma” maddəsi ilə iş açılıb.
İstintaq iş adamının həbs edilməsini istəsə də, məhkəmə bundan imtina edib.
Daha sonra o, Moskvanın Tuşinski Məhkəməsi tərəfindən ev dustaqlığına göndərilib.
Bir neçə gün əvvəl ev dustaqlığının müddəti uzadılıb.
Oxşar xəbərlər
“Ximki” klubunun investoru Tufan Sadıqov ev dustaqlığına buraxılıb
Famil Xəlilov ev dustaqlığına buraxılıb
Azərbaycan XİN ABŞ dövlət katibi Antoni Blinkenin bəyanatını rədd edib
Meydan TV” əməkdaşları və daha bir neçə nəfər həbs olunub
Şirvanda dələduzluq edən şəxs həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
İdrissa Di: IDB və UN-Habitat dayanıqlı şəhərlər üçün təbiətyönümlü həllər irəli sürür
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
