Azərbaycan XİN ABŞ dövlət katibi Antoni Blinkenin bəyanatını rədd edib
sizinxeber.az xəbər saytı

Azərbaycan XİN ABŞ dövlət katibi Antoni Blinkenin bəyanatını rədd edib


ABŞ dövlət katibi Antoni Blinkenin 2024-cü ilin dekabrın 4-də ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin ABŞ dövlət katibi Antoni Blinkenin Azərbaycan əleyhinə bəyanatına dair şərhində deyilir.

"Təəssüf ki, son 4 il ərzində dövlət katibi Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə müdaxilə ilə məşğul olması səbəbindən, sözügedən dövr bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir. Antoni Blinken tərəfindən ölkəmizdə insan hüquqları ilə bağlı mövcud vəziyyətə münasibətdə ikili standartlar mövqeyindən çıxış edilməsinin ABŞ-nin bütövlükdə Cənubi Qafqaz siyasətini iflic vəziyyətinə gətirməsi hər kəsə yaxşı məlumdur. Ümidvarıq ki, yeni ABŞ administrasiyası dövründə Azərbaycan və ABŞ arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq", - XİN rəsmisi qeyd edib.

Oxşar xəbərlər

Rəsmi Bakı: Blinkenin Azərbaycanla bağlı qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinkenin İsrailə səfər edəcəyi tarix məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nyu-Yorkda Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub - FOTO - YENİLƏNİB 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken İsrailə səfərə yola düşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinkenin iştirakı ilə Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər