Zaxarovanın Malta vizasının hansı səbəbdən ləğv edildiyi açıqlanıb - YENİLƏNİB
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Malta vizasının hansı səbəbdən ləğv edildiyi açıqlanıb. APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Times of Malta” qəzeti yazıb.
Nəşrin yazdığına görə, Zaxarovanın Maltaya vizası Latviya, Litva və Estoniyanın etirazları səbəbindən ləğv edilib.
Qeyd edək ki, dekabrın 4-də Sergey Lavrovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ATƏT Xarici işlər nazirləri şurasının iclasında iştirak etmək üçün Moskvadan Valletaya yola düşməzdən dərhal əvvəl Rusiya Xarici İşlər Nazirliyinə məlumat verilib ki, Malta Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovaya artıq verilmiş vizanı ləğv edib. Rəsmi Valleta “bizdən asılı olmayan səbəblərə görə” ifadəsi ilə Zaxarovanın vizasını ləğv edib.
Rusiya XİN bunu görünməmiş hadisə adlandırıb.
15:25
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova üçün Malta vizasının ləğvi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədrinin funksiyalarına qarşı təhqirdir
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Maltada ATƏT Xarici İşlər Nazirləri Şurasında çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Buna son nümunələrdən biri kimi bu yaxınlarda Təhlükəsizlik Əməkdaşlığı Forumunda Danimarka sədrliyinin hamılıqla razılaşdırılmış prosedur qaydalarına qarşı hədsiz istehza edilməsini göstərmək olar. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin bugünkü iclasda iştirak vizasının ləğv edilməsi də ATƏT sədrinin funksiyalarına qarşı təhqirdir”, - deyə Rusiya XİN başçısı bildirib.
Qeyd edək ki, dekabrın 4-də Lavrovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti Moskvadan Valletaya yola düşməzdən dərhal əvvəl Rusiya Xarici İşlər Nazirliyinə məlumat verilib ki, Malta Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovaya artıq verilmiş vizanı ləğv edib. Rəsmi Valleta “bizdən asılı olmayan səbəblərə görə” ifadəsi ilə Zaxarovanın vizasını ləğv edib.
Rusiya XİN bunu görünməmiş hadisə adlandırıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova Britaniya səfirini XİN-ə çağırılmaqla hədələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Moskva: Yaxın Şərqdəki vəziyyətə görə Vaşinqton birbaşa məsuliyyət daşıyır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə Aİ ölkəsinə səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov 3+3 platformasında iştirak üçün İstanbula gedəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













