Putin: Merkelin itdən qorxduğunu sonradan bildim, üzr istədim
sizinxeber.az xəbər saytı

Putin: Merkelin itdən qorxduğunu sonradan bildim, üzr istədim


Rusiya prezidenti Vladimir Putin Almaniyanın sabiq kansleri Angela Merkelin kitabında Moskvada səfərdə olarkən Putinin onu qəsdən Labrador Koni iti ilə qorxutduğu barədə yazdıqlarına münasibət bildirib.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, Astanada keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinin yekunlarına dair mətbuat konfransında Putin Merkelin itlərdən qorxduğunu bilmədiyini söyləyib.

"Mən onun itlərdən qorxduğunu bilmirdim, Bilsəydim, bunu heç vaxt etməzdim, əksinə, rahat, xoş bir atmosfer yaratmaq istəyirdim. Mən Almaniyada yaşamışam, hardasa 5 il və bilirəm ki, orada ev itlərinə pozitiv yanaşırlar. Buna əsaslanmışdım. Mən sonradan məsələni biləndə, Merkeldən üzr istədim. Dedim ki, Angela, bağışla, mən bilmirdim", - deyə Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, Merkel kitabında 2007-ci ildə Moskvada səfərdə olarkən Putinin onu qəsdən Labrador Koni iti ilə qorxutduğunu yazıb.

Oxşar xəbərlər

Putin: Durovun Bakıda olduğunu bilmirdim, istəyirdisə, Moskvada görüşə bilərdik
Putin Trampın təhlükədə olduğunu düşünür
Putin Qərbə xəbərdarlıq edib: Rusiya gərginliyə hazırdır
Putin: KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi, çünki Ermənistana qarşı heç bir xarici təcavüz olmamışdı
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər