Putin Qərbə xəbərdarlıq edib: Rusiya gərginliyə hazırdır
Rusiya prezidenti Vladimir Putin Qərbə xəbərdarlıq edib.
APA-nın Rusiya bürosu xəbər verir ki, Putin Kazanda keçirilən BRİCS 2024 sammitinin yekunlarına dair mətbuat konfransında Rusiyanın gərginliyə hazır olduğunu söyləyib.
"Rusiya vəziyyəti gərginləşdirmək üçün oynamır, bunu qarşı tərəf edir. Biz bu gərginliyə hazırıq", - deyə Putin xəbərdarlıq edib.
O, Rusiya üçün həll yolunun ölkənin təhlükəsizliyini artırmaq olduğunu söyləyib: "Bu, dövlət olaraq müstəqilliyimizi təmin edirik. Rusiya suverenliyini itirərsə, mövcud ola bilməz."
Putin NATO-nun şərqə doğru genişlənməsinin ədalətli olmadığını vurğulayıb.
“NATO-nun genişlənməsi olmayacaq deyə üzümüzə yalan danışıb sonra bunu etmək ədalətlidirmi? Ukraynada çevrilişi maliyyələşdirməklə bütün hüquq prinsiplərini nəzərə almadan dövlət çevrilişi etmək ədalətlidirmi?".
Oxşar xəbərlər
Putin: Rusiya Ukraynadakı münaqişəyə son qoymaq üçün dialoq aparmağa hazırdır
Putin: Yerdəki reallıqlara əsaslanan sülh sazişi üçün istənilən varianta hazırıq
Putin: İranla münasibətlər Rusiya üçün prioritet xarakter daşıyır
Putin: Durovun Bakıda olduğunu bilmirdim, istəyirdisə, Moskvada görüşə bilərdik
Putin Braziliyada keçiriləcək G20 sammitinə getməyəcəyini bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













