Rusiya FTX daha 3 əcnəbi jurnalistə cinayət işi açıb
sizinxeber.az xəbər saytı

Rusiya FTX daha 3 əcnəbi jurnalistə cinayət işi açıb


Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) daha 3 əcnəbi jurnalistə qarşı sərhədi qanunsuz keçməyə görə cinayət işi açıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, FTX Kursk vilayətinə səfər edən Avstraliyanın ABC kanalının müxbirləri Fletçer Yanq və Ketrin Diessə, habelə rumıniyalı jurnalist Mirça Parbaya qarşı cinayət işi açıb. Xarici jurnalistlər Rusiya Federasiyasının dövlət sərhədini qanunsuz keçmə cinayəti ilə ittiham olunurlar.

Qeyd edək ki, bundan əvvəl Rusiya tərəfi Kursk vilayətinə qanunsuz daxil olmuş 7 xarici jurnalist: CNN-dən Nik Uolş, RAI-dan Stefani Battistini və Simoni Traini, Deutsche Welle-dən Nikolas Konolli, həmçinin Ukrayna KİV-dən Natalya Naqornaya, Diana Butsko və Olesya Borovik barəsində eyni maddə ilə cinayət işi açaraq onları axtarışa verib.

Oxşar xəbərlər

Rusiya CNN əməkdaşı da daxil olmaqla 7 xarici jurnalisti axtarışa verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya FTX ABŞ və ukraynalı jurnalistlərə cinayət işi açıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“RAI” Kursk vilayətinə qanunsuz daxil olan italyan jurnalistləri geri çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya MN: Ukrayna Kursk vilayətinə 11 tank və 300 hərbçi ilə hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova: Ukraynanın Kurska hücumu Qərbin tam dəstəyi ilə həyata keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər